Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində doğma meydanda "Çukariçki"ni (Serbiya) qəbul edəcək "Sumqayıt" bu matçüçün bilet satışını dayandırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Gənclik şəhəri" təmsilçisinin bu oyun üçün satışa çıxardığı bütün biletlər satılıb. 

"Sumqayıt" - "Çukariçki" oyunu iyulun 29-da  saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk matç qolsuz bərabərliklə yekunlaşıb.