Dünən "Keşlə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Soçi" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, sözügedən matç Rusiyada heç bir kanal vasitəsi ilə canlı yayımlanmayıb. Maraqlıdır ki, ölkənin əsas idman kanallarından olan “Matç TV”-də Jan-Klod Van Dammın “Qanlı idman” filmi nümayiş etdirilib. Digər idman kanallarından “Futbol-1”, “Futbol-2” və “Futbol -3”də isə keçmiş oyunların videoyazısı yayımlanıb. Oyuna yalnız “Matç TV” və “Sportbox”un saytında baxmaq mümkün alınıb. Bu, rusiyalı azarkeşlərin narazılığına səbəb olub.
"Soçi" - "Keşlə" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.