"Soçi" bizə imkan verdiyi qədər oynadıq. Kifayət qədər ciddi rəqibdir. Heyətində yaxşı oyunçuları var".
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Rusiyada "Soçi" klubuna 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Meydanda həyata keçirmək istədiyimiz planlar var idi. Amma "Soçi" buna imkan vermədi. Rəqib bizdən daha hazırlıqlı idi".
Qurbanovun sözlərinə görə, oyunçularda həyəcan var idi: "İkinci qarşılaşmada daha yaxşı oynamağa çalışacağıq. Müdafiədə və hücumda çox top itirdik. Qolu da bu cür epizodların birində buraxdıq. Uşaqlar əllərindən gələni etdilər. Cavab matçı Bakıda olacaq. Komandana inanıram".(report.az)