"Keşlə" bu gün Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Soçi"nin qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, Soçinin "Fişt" stadionunda keçiriləcək matça stadionun tutumunun 50 faizə qədər azarkeşin buraxılacağı bildirilirdi. Lakin bu gün verilən qərara əsasən, oyuna azarkeşlər buraxılmayacaq. Buna səbəb koronavirusa yoluxanların sayının artmasıdır.
“Soçi” – “Keşlə” matçı saat 20:00-da başlayacaq.