Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Rusiyanın “Soçi” klubu ilə qarşlaşacaq "Keşlə" keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu 22 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si hücumçudur:
Qapıçılar: S.Namaşko, K.Bayramov, Əkbər Vəliyev;
Müdafiəçilər: İlkin Qırtımov, Tərlan Quliyev, Şəhriyar Əliyev, Kərim Diniyev, Tural Axundov, Ruslan Əmircanov, Azər Salahlı, Miyusko Boyoviç, Elçin Mustafayev, Sərcan Omarov;
Yarımmüdafiəçilər: Rəhman Hacıyev, Felipe Santos, Turan Vəlizadə, Merab Qiqauri, Omar Qudiabi, Aldair Neto, Rafael Məhərrəmli;
Hücumçular: Amil Yunanov, Samir Abdullayev.
“Keşlə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Soçi” ilə üz-üzə gələcək. Bakı komandası ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.