Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Keşlə" - "Soçi" oyununun hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Bakıda keçiriləcək matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Viktor Şimusik təyin olunub. Ona yan xətt hakimləri Anton Qusev və Sergey Kosovets kömək edəcək. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.
İyulun 29-da "ASK Arena"da keçiriləcək oyun saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç iyulun 22-də Rusiyada baş tutacaq.