"Sumqayıt"ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçirəcəyi ilk oyunun vaxtındə dəyişiklik edilib.
Offsideplus.az "Çukariçki"nin rəsmi saytındakı məlumata əsasən xəbər verir ki, qarşılaşma iyulun 22-də yox, bir gün öncə keçiriləcək.
Buna səbəb iyulun 22-də "Partizan"ın da Konfrans Liqasında Slovakiyanın "Dunayska Streda" komandası ilə eyni şəhərdə ev oyununa çıxmasıdır. Eyni gündə bir şəhərdə avrokubok matçının oynanılmasına isə UEFA icazə vermir.