UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Omoniya" (Kipr) - "Qəbələ" matçı Azərbaycanda canlı yayımlanacaq.

Offsideplus.az xəbər verir ki, görüşü "İdman TV" kanalı efirə təqdim edəcək. Bu barədə telekanalın rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, avqustun 3-də Kiprdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Qəbələdə keçirilən oyunda "Omoniya" 3:2 hesablı qələbə qazanıb.