Konfrans Liqasının 1/8 final mərhələsində "Gent" "Başakşehir"ə 4:1 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. 

Offsideplus.az xəbər verir ki, oyunda het-trikə imza atan "Gent"in futbolçusu Gift Emmanuel Orban avrokuboklarda yeni rekord qırıb. 20 yaşlı hücumçu 31, 32 və 34-cü dəqiqələrdə fərqlənməklə 3 dəqiqə 25 saniyəyə het-trik edib. Bu, UEFA-nın bayrağı altında keçirilən klub turnirlərində ən sürətli het-trik kimi tarixə düşüb. 

Qeyd edək ki, əvvəlki rekord 6 dəqiqə 12 saniyə ilə Mohamed Salaha ("Liverpul") məxsus idi.