"Neftçi"nin futbolçusu Qodsvey Donyoya qarşı irqçilik olunub.

Offsideplus.az xəbər verir ki, "Füzuli" klubunun prezidenti Bəşir Əliyev Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin "Rapid"lə oyunu (0:2) barədə paylaşım edib. O, matçda iştirak edən 27 yaşlı hücumçunu tənqid edərkən ona qarşı irqçi ifadələr işlədib.

Məsələ ilə bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klubun sözçüsü bundan xəbərsiz olduqlarını və maraqlanacaqlarını bildirdi.

 

Screenshot 2022 08 16 114418