UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Makkabi”nin (Təl-Əviv”) zədəli futbolçuları sağalıb.

Offsideplus.az xəbər verir ki, Bakıda keçirilən ilk matçı buraxan 3 futbolçu cavab görüşünə hazırdır.

Bunlar yarımmüdafiəçilər Dan Qleyzer, Nir Biton və hücumçu Eran Zahavidir. Onlar komanda ilə birlikdə məşq edirlər.

Xatırladaq ki, “Makkabi” ilə “Zirə” arasında iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Dalğa Arena”dakı ilk görüşdə "Zirə" 0:3 hesabı ilə məğlub olub.