UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – "Makkabi” (Tel-Əviv) oyununu tribunadan izləmək istəyən azarkeşlər üçün nəqliyyat vasitəsi ayrılacaq.

Offsideplus.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “21 iyul saat 18:00-dan 19:00-a qədər metronun “Koroğlu” stansiyasından (Piramidanın arxasından) “Dalğa Arena”ya avtobuslar yola düşəcək”.

Qeyd edək ki, "Zirə" - "Makkabi" oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.