UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" yoxlama görüşündə qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisi Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşıb. Matç "sarı-lacivərtlilər"in 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xatırladaq ki, "Qəbələ" "Fehervar"la ilk oyunu iyulun 21-də səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə olacaq.