“Fənərbağça” klubu UEFA Avropa Konfrans Liqasının 1/16 finalının “Slaviya” (Çexiya) ilə cavab oyununa ciddi itkilərlə çıxacaq.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin oyun üçün iştirak ərizəsinə 4 futbolçunun adı daxil edilməyib.
"Sarı-lacivərtlilər"in kapitanı Məsut Özil, Luis Qustavo və Filip Novak zədə səbəbindən Praqa səfərinə yollanmayacaq. Miha Zayç isə cəzalı durumda olduğundan, sabahkı oyunu buraxacaq.
Qeyd edək ki, “Slaviya” - “Fənərbaxça” matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İstanbuldakı ilk oyun “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.