Konfrans Liqasının H qrupunda "Qarabağ" növbəti oyununa çıxıb.

Offsideplus.az-ın məlumatına görə, Ağdam təmsilçisi 5-ci turda Kiprin "Omoniya klubunu qəbul edib. 

Qarşılaşma 2:2 hesabıyla başa çatıb.

Qrupun digər görüşündə isə İsveçrənin “Bazel” klubu Qazaxıstan səfərində “Kayrat”la qarşılaşıb. Matç "Bazel"in 3:2 hesablı qələbəsi ilə başa çatıb və İsveçrə klubu 11 xalla qrup lideri olub. "Qarabağ" isə eyni xalla 2-cidir.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

21:45. "Qarabağ" (Azərbaycan) - "Omoniya" (Kipr) 2:2

Qol: M.Duriş, 43-pen, Psaltis, 49-avtoqol, Andrade, 88 (2:1), Qomez, 90

Hakimlər: Morten Krox, Nils Höq, Şteffen Bramsen, Yorgen Burxardt (hamısı Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu

Heyətlər:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

"Omoniya": 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos

Ehtiyat oyunçular: 74. Katsper Horonjka, 4. Şehu Abdullahi, 8. İyayi Atimven, 13. Fotis Papulis, 15. Tomaş Quboçan, 16. Jordi Qomes, 17. Yan Letsyaks, 21. Marinos Tsionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu