UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Omoniya" - "Qarabağ" matçına dünən axşam saatlarına qədər 7000 min bilet satılıb.
Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda təxminən 10-11 min azarkeşin olacağı gözlənilir.
Qeyd edək ki, oyunun keçiriləcəyi GSP stadionu 22 min azarkeş tutuma malikdir.