“Çətin oyun olacaq. Uzun yol qət etmişik. Məqsədimiz yaxşı oyun göstərməkdir. Komandamızın sabah ən yaxşı oyunlarından birini göstərəcəyinə inanıram".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun futbolçusu Kevin Medina Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Ümid edirəm ki, hər şey bizim üçün uğurlu alınacaq. Öz oyunumda yüksəliş olduğunu hiss edirəm. Bəlkə də bunun səbəbi adaptasiyadır. Ötən mövsümdəki səhvləri kənara qoysaq, daha pozitiv amilləri götürdüm. Artıq özümü daha güvənli və yaxşı hiss edirəm", - deyə o bildirib.