UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" oyunun biletlərinin qiymətləri məlum olub. 

Offsideplus.az xəbər verir ki, oyuna baxmaq istəyən azarkeşlər ən azı 5 avrolarında keçməli olacaqlar. Bu, ən ucuz biletin qiymətidir. Daha yaxşı yerdən qarşılaşmanı izləmək istəyənlər üçün isə biletlərin maksimal qiyməti 125 avrodur. 

Maraqlıdır ki, 10, 15, 20, 25, 30, 50 və 70 avroya olan biletlərdə oyundan öncə satışa çıxarılıb. 

Qeyd edək ki, "Omoniya" - "Qarabağ" matçı sentyabrın 30-da GSP stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.