"Qarabağ" klubu Azərbaycan futbolunda yeni nailiyyətə imza atıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi avrokuboklarda hər üç turnirin (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) qrup mərhələsinə vəsiqə qazanan ilk klub kimi tarixə düşüb.

Qurban Qurbanovun yetirmələri 2017/2018 mövsümündə Çempionlar Liqasının, 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində Avropa Liqasında qruplara vəsiqə qazanıb.