Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" bu gün pley-off mərhələsində cavab oyununu keçirib.

Offsideplus.az-ın məlumatına görə, "ağ-qaralar" İsraildə Hayfa "Makkabi"sinin qonağı olub.

Meydan sahibləri bu görüşdə "flaqman"ın qapısından 4 cavabsız top keçirib. Bununla da, "Neftçi"nin avrokubok macərası sona çatıb.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Neftçi" 4:0

Qol: Menaçem, 20, Atzili, 45+2, Haziza, 53-pen, Abu Fani, 69

Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya)

Hayfa, "Sammi Ofer" stadionu

İlk oyun - 3:3.

Heyətlər:

“Makkabi”: 44. Coşua Kohen, 2. Rayan Strain, 5. Boqdan Planiç, 12. Sun Menaşem, 24. Ori Dahan, 7. Omer Atzili, 14. Xose Rodrigez, 16. Mohammad Abu Fani, 10. Tyaron Çeri (k), 8. Dolev Haziza, 21. Din David

Ehtiyat oyunçular: 30. Ariel Barduqo, 77. Royi Fuks, 3. Şon Qoldberq, 18. Yuval Aşkenazi, 9. Ben Sahar, 15. Ofri Arad, 55. Rami Gerşon, 26. Mahmud Jaber, 33. Maor Levi, 25. Yozef Raz Meyr, 4. Ali Mohamed, 11. Qodsvay Donyo

“Neftçi”: 30. Aqil Məmmədov, 6. Voislav Stankoviç, 11. Harramiz Suares, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 14. Romen Bask, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 10. Sezar Meza Kolli

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov