UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlaniyaya yollanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisini Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" matçı avqustun 26-da Bakı vaxtı ilə 22:45-də start götürəcək.