"Qarabağ" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsraildə "Aşdod"un qonağı olub.
Offsideplus.az xəbər verir ki, Ağdam klubunun 1:0 hesabı ilə qələbə qazandığı matçı stadiondan izləyənlər arasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da olub. İsraildə işgüzar səfərdə olan nazir və onun başçılıq etdiyi nümayəndə heyəti Aşdoda gedərək, matçı stadiondan "Qarabağ" rəsmiləri ilə birgə izləyib. Nazir oyundan sonra komandanı qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib.
İsrail səfərini başa vuran nazir Bakıya “Qarabağ”la eyni təyyarədə qayıdıb.