Konfrans Liqasında "Keşlə"nin rəqibi olan “Soçi” (Rusiya) “Parimatç” turnirində son oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda “Rubin”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Keşlə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Soçi” ilə üz-üzə gələcək. Bakı komandası ilk oyununu iyulun 22-də səfərdə keçirəcək.