Avstriyada keçirilən Karate1 üzrə "Premyer Liqa" turnirinində millimiz ilk medalını qazanıb.

Offsideplus.az xəbər verir ki, idmançılarımızdan İrina Zaretska "Premyer liqa" turnirinin bürünc medalına sahib olub.

Yarışda daha 3 idmançımız mükafat görüşlərinə çıxacaq. Rafiz Həsənov (67 kq) finalda, Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.