Dörd ildən bir təsadüf edilən 29 fevral tarixini Avropa Voleybol Konfederasiyası (CEV) #1DayMore4Volleyball (Voleybol Üçün Daha Bir Gün) devizi ilə bayram edir.

Offsideplus.az xəbər verir ki, Avropada bu gün ilk dəfə 2016-ci ildə qeyd edilib. Həmin gün CEV-in tərkibində olan federasiyalar müxtəlif tədbirlər, professional, həvəskar voleybolçular üçün matçlar keçirib və ən maraqlısı isə keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanmışdı.
Azərbaycan Voleybol Federasiyası da 29 fevralda voleybolçular üçün festival keçirəcək.