Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının finalında Maqnus Karlsen və Nodirbek Abdusattorov üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, norveçli şahmatçı özbək rəqibini məğlub edərək, dünya çempionu olub. Maqnus Karlsen Nodirbeki 2,5:1,5 hesabı ilə məğlub edib.
Bununla da M.Karlsen 9-cu dəfə blits üzrə dünya çempionu adına yiyələnib.



