Ceyk Pol Entoni Coşua ilə döyüşündən qorxduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı boksçu bunları söyləyib:

"Coşua Olimpiadada qızıl qazanarkən, mən kollecdə vine videoları çəkirdim. Yalan danışmayacağam, bir az qorxuram".

Qeyd edək ki, Pol - Coşua döyüşü dekabrın 19-da olacaq. Görüşü "Netfliks" canlı yayımlayacaq.

İnfluenser və aktyor olan C. Pol 2020-ci ildən etibarən peşəkar boksla məşğul olur. O, ötən il əfsanəvi Mayk Taysonu məğlub etməyi bacarıb.