Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək növbəti "Böyük Dəbilqə" turnirində Azərbaycanı təmsil edəcək heyət açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqvimi üzrə fevralın 27-də start götürəcək və martın 1-nə qədər davam edəcək yarışda ölkəmiz geniş heyətlə iştirak edəcək.
Turnirə qatılacaq 12 çəki dərəcəsi üzrə 19 cüdoçumuz (12 kişi, 7 qadın) məşqçilər korpusunun rəhbərliyi altında tatami üzərinə çıxacaq. Kişilərdən ibarət yığmaya Riçard Trautman, Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət milliyə isə Amina Abdellatif və İmarverdi Məmmədov rəhbərlik edəcək.
Ümumilikdə 40 dövlətdən 380 idmançının qatılacağı yarışda ədaləti qoruyanlar arasında "A" kateqoriyalı azərbaycanlı hakim Nazim Umbayev də yer alacaq.
Kişilər:
60 kq: Əhməd Yusifov, Balabəy Ağayev
66 kq: Nizami İmranov, Turan Bayramov
73 kq: Kamran Süleymanov, Hidayət Heydərov
81 kq: Ömər Rəcəbli
90 kq: Murad Fətiyev
100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov
+100 kq: Camal Qamzatxanov, Kənan Nəsibov
Qadınlar:
48 kq: Könül Əliyeva, Şəfəq Həmidova
52 kq: Aydan Vəliyeva, Leyla Əliyeva
63 kq: Fidan Əlizadə
70 kq: Südabə Ağayeva
+78 kq: Madina Kaisinova


