Şahmat üzrə Azərbaycan çempionatında sonuncu finalçı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov tay-breykdə Aydın Süleymanlıdan güclü olub.
O, həlledici qarşılaşmada Məhəmməd Muradlı ilə qarşılaşacaq.
A. Süleymanlı isə 3-cü yer uğrunda Read Səmədovla üz-üzə gələcək.
Qadınlarda isə final Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva arasında olacaq. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.
Qeyd edək ki, final görüşləri sabah saat 15:00-dan etibarən başlayacaq.



