Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində hər iki qarşılaşma heç-heçə başa çatıb.

Şəhriyar Məmmədyarov – Aydın Süleymanlı və Məhəmməd Muradlı – Read Səmədov cütlüklərində qalib müəyyənləşməyib..

Qadınlarda isə Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan üstün olub. Digər qarşılaşmada isə Ayan Allahverdiyeva iki dəfə qayda pozuntusuna yol verdiyi üçün Türkan Məmmədyarova qalib elan edilib.

Bu gün yarımfinalın cavab görüşləri keçiriləcək.