Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, Liqada 10 komanda mübarizə aparacaq. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.

İlk turda bu komandalar üz-üzə gələcək:

“Zaqatala” – “Cəbrayıl”

“Şəfa” – “Şimal”

MOİK – “Şahdağ Qusar”

“Baku Sportinq” – “Difai”

“Səbail” – “Mingəçevir”

Qeyd edək ki, çempionat sentyabrın 11-də start götürəcək.