Futbol üzrə Azərbaycan çempionatında I liqanın lideri "Qəbələ"nin seriyası qırılıb. 

Offsideplus.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv cari mövsümdə ilk dəfə qapısından top buraxıb. Çemponatın arxada qalan 13 turunda qapısını toxunulmaz saxlayan Qəbələ təmsilçisini "İmişli" dayandırıb. Buna baxmayaraq, "Qəbələ" səfərdən 3 xalla qayıtmağı bacarıb. 

XIV turun digər qarşılaşmalarında "Karvan" MOİK-in 4 oyunluq qələbə seriyasını qırıb. Autsayder "Mingəçevir" isə ardıcıl ikinci heç-heçəyə nail olub.

Hazırda turnir cədvəlinin ilk 3 pilləsində vəziyyət belədir: "Qəbələ" 36 xal, "Karvan" 29 xal, "İmişli" 24 xal. XIV tura sabah yekun vurulacaq.

XIV tur

"İmişli" - "Qəbələ" 1:2

D Rollo, 72 - Şahin Şahniyarov, 58; Domi Massumo, 82 

"Karvan" - MOİK 3:1

Bəhruz Teymurov, 2; Emil Qasımov, 6; Rəhman Şabanov, 18 - Vüsal Əsgərov, 29

"Mingəçevir" - "Cəbrayıl" 0:0