"Çempionatın başlamasına iki gün qalıb. "Qaradağ Lökbatan"la görüşümüz açılış oyunu olacaq. Rəqib çox güclü komandadır. Ötən mövsüm son turlarda çempionluğu əldən verdilər. Ümumiyyətlə, çempionatda zəif komanda yoxdur. Fikrimcə, mövsüm gərgin mübarizə şəraitində keçəcək".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov I Liqanın ilk turu çərçivəsində "Qaradağ Lökbatan"a qarşı baş tutacaq oyun haqqında danışarkən bildirdi.
Mütəxəssis görüşdə meydana qələbə üçün çıxacaqlarının qeyd etdi:
"İlk oyunumuz evdə baş tutacaq. Azarkeş amilindən də istifadə edərək yaxşı oyun göstərib, 3 xal qazanmaq istəyirik. Məqsədimiz qalib gəlməkdir. Liqanı ilk "üçlük"də bitirmək istəyirik".