"Baku Sportinq" iddialı komandadır. Yaxşı legionerləri və Premyer Liqa təcrübəsi olan oyunçuları var. Buna baxmayaraq, biz də iddialıyıq. Rəqibin heyətinin böyük hissəsi dəyişdiyi üçün oyunları ilə bağlı çox təxminimiz yoxdur".

Bu sözləri Offsideplus.az-a açıqlamasında I Liqanın ilk turu çərçivəsində "Baku Sportinq" ilə qarşılacaq "İmişli"nin baş məşqçisi Fərid Namazov bildirdi.

Aran təmsilçisinin çalışdırıcısı yeni mövsüm üçün davam edən hazırlıq prosessindən danışdı:

"Çempionata hazırlığımız çox yaxşı gedir. İki gün öncə Qusarda təlim-məşq toplanışından qayıtdıq, avqustun 16-sı yenidən İmişlidə toplanacağıq. 5 gün sonra üçün yoldaşlıq görüşü nəzərdə tutmuşuq. Komandanın düşərgəsinə yeni oyunçular qoşulub. Heyətimiz 70-80% dəyişib".

Mütəxəssis Premyer Liqaya planlı şəkildə yüksəlmək istədiklərini qeyd etdi: 

"Mövsümü bacardığımız qədər yüksək pillədə başa vurmağa çalışacağıq. Rəhbərliklə davamlı iş ortaya çıxarmağı planlaşdırmışıq. Bir neçə ilə strukturlu şəkildə əsas liqaya yüksəlməyi düşünürük. Akademiyamızda elita üçün güclü oyunçular yetişdirmək istəyirik. Tələsik Premyer Liqaya yüksəlib sonra növbəti il təkrar aşağı düşməkdənsə, planlı qalxmaq daha məqsədə uyğundur".