"Betis" klubunun baş məşqçi vəzifəsini icra edən Xoan Rubi istefaya göndərilib.

Offsideplus.az xəbər verir ki, bu qərar La Liqanın 30-cu turunda "Atletik"ə 0:1 hesablı səfər məğlubiyyəti ilə bitən oyundan sonra verilib. 50 yaşlı mütəxəssisi mövsümün sonunadək idman direktoru Aleksis Truxilyo əvəzləyib.

Qeyd edək ki, "Betis" 30 oyundan sonra 30 xalla 14-cü yerdədir.