Alman ulduz futbolla vidalaşıb.

Offsideplus.az xəbər verir ki, bir müddət "Qalatasaray"da da forma geyinmiş Lukas Podolski karyerasını başa vurub.

39 yaşlı almaniyalı çıxış etdiyi ''Qornik Zabrze" ilə onu yetişdirən "Köln"in arasında baş tutan yubiley matçında yaşıl meydanlarla sağollaşıb.

Qarşılaşmaya Polşa klubunun forması ilə başlayan Podolski daha sonra Bundesliqa komandası tərəfdən oynayıb.

Qeyd edək ki, təşkil olunan gecədə Yoahim Löv, Roman Veidenfeller və Manuel Noyer kimi adlar da yer alıb.