"Liverpul"dan sonra baş məşqçiliyi buraxdığını açıqlayan Yürgen Klopp gözlənilməz imzanı atıb.
Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis "Red Bull" futbol qrupunun "dünya futbol rəhbəri" olub. O, vəzifəsinin icrasına 2025-ci ilin yanvarın 1-dən etibarən başlayacaq.
Kloppun müqaviləsində milli komanda üçün xüsusi maddə yer alır. Ona Almaniya yığmasından təklif gələrsə, işindən ayrıla biləcək.