SOCAR Türkiyədə futbol klubunun sponsoru olub.

Offsideplus.az xəbər verir ki, 2024-25 mövsümündə "Iğdır FK"nin bütün rəsmi matçlarının forma sponsorluğu haqqında razılıq əldə olunub. Alagöz Holdinq Iğdır Futbol Klubu Təsislərində baş tutan imza mərasimində SOCAR Türkiyə rəhbəri Elçin İbadov, "Iğdır FK"nin prezidenti Cantürk Alagöz, klubun idarə heyəti və futbolçuları iştirak edib. 

Anlaşmaya əsasən komanda bütün rəsmi oyunların formasında SOCAR-ın loqosunu daşıyacaq.