Ulduz futbolçu yaşıl meydanlarla vidalaşdı.

Offsideplus.az xəbər verir ki, yay "transfer pəncərəsin"də İtaliya A Seriasının yeni klublarından olan "Komo 1907" ilə 2 illik müqavilə bağlayan Rafael Varan karyerasını bitirdiyini açıqlayıb. Son dönəmlər ard-arda zədələnən fransalının bu səbəbdən belə qərar verdiyi bildirildi.

31 yaşlı müdafiəçinin sosial şəbəkə hesabındakı açıqlamasında İtaliya təmsilçisində qalacağı və yaxın zamanda detallı məlumat verəcəyi qeyd olunub. Onun komandanın texniki heyətə qatılacağı gözlənilir.

Qeyd edək ki, Varan 1 Dünya Çempionatı, 4 Çempionlar Liqası olmaqla 22 kubok qazanmağı bacarıb.