"Real"ın yeni transferi Kilian Mbappe sabiq klubu PSJ-ni məhkəməyə verə bilər.

Offsideplus.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında futbolçunun anası Faizə Lamari deyib.

O, bildirib ki, Paris klubu hücumçunun apreldən sonra maaş və bonusunu verməyib.

Qeyd olunub ki, adıçəkilən komanda 100 milyon avro ödəməlidir. Bu baş tutmayacağı halda şikayətçi tərəf məhkəmə qarşısında iddia qaldıracaq.

Xatırladaq ki, Mbappe "Real"la 5 illik müqavilə imzalayıb.