Gürcüstan güləşinə ağır itki üz verib. 

Offsideplus.az xəbər verir ki, dünya çempionu olmuş Yunan-Roma güləşçisi Nuqzari Tsurtsumiya evində ölü tapılıb. İdmançının meyiti Xobi şəhərindəki evində aşkarlanıb. İlkin təxminlərə görə Nuqzari intihar edib. 

27 yaşlı güləşçi 2019-cu ildə dünya çempionu olmuş, dünya və Avropa çempionatları mükafatçısı idi.