"Zenit"in baş məşqçisi Sergey Semak PARİ Premyer Kubokunda (“Matç TV Kuboku”) "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.

Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o bunları deyib:

“Yoxlama matçı üçün yaxşı görüş oldu. Biz evdə yaxşı komandalara qarşı oynamağı çox sevirik. Hərəkət səviyyəsi, komandamızın oyun sürəti xoşumuza gəldi. Əsas odur ki, zədələrdən qaça bildik. Ümumiyyətlə, dinamik bir matç alındı. Ümid edirəm ki, azarkeşlər oyunumuzu bəyəndilər".

Mütəxəssis Azərbaycan Premyer Liqasında ilk üç yeri tutan "Qarabağ", "Sabah" və "Neftçi"nin iddialı komanda olduğunu deyib: “Neftçi” oyun səviyyəsi, intensivliyi və keyfiyyəti baxımından rəqabət aparmağa imkan verir. Əlbəttə ki, ev oyununun üstünlüyü müəyyən rol oynayır. "Neftçi" yaxşı rəqibdir, onlara qarşı oynamaq heç kimə asan olmayacaq. Həm “Qarabağ”, həm də “Neftçi” avrokuboklarda oynayır. Görək, uşaqlar orada necə çıxış edəcəklər".

Fəqan İbrahimli