Aprelin 1-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş «VUR Baku Football Cup» futbol turniri start götürüb.
Offsideplus.az xəbər verir ki, «CİS Caspian İnteqrasiya Sistemləri» və «Universal Reklam» agentliyinin təşkilatçılığı, AMF və AFFA-nın dəstəyi ilə yeniyetmələr arasında keçirilən turnirdə 16 komanda iştirak edir. Oyunlar 1 aprel - 14 may tarixlərində Su İdmanı Sarayında oynanılacaq.
Final oyunu 14 may tarixində baş tutacaq.
Turnirin baş sponsoru Gavalı Azərbaycan, sponsorlar isə Daşlı Bulaq suları, Allstar və Math You Can şirkətləridir.