Dünən Beyləqanda qətlə yetirilən Kamil Fərzəliyev Azərbaycanın yunan-Roma güləşi üzrə ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin ilk məşqçisi olub.

Offsideplus.az xəbər verir ki, respublikanın əməkdar məşqçisi olan Fərzəliyev tanışı Rafiq Əliyevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirilərək öldürülüb.

Qeyd edək ki, Kamil Fərzəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.