FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hakim İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.