UEFA "Qarabağ" klubunun sabiq Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub.

Qeyd edək ki, N.İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.