"Vətən" Futbol Məktəbinin məqşçisi, əsgər Samir Ağamirzəyev Azərbaycan Prezidentinin Sərəncamıyla "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

Ağamirzəyev 31 may 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 4 iyul 2014-cü ildən "Vətən" RİOEUFG futbol məktəbində çalışır.

21 sentyabr tarixində çağırış əsasında ordu sıralarına qatılan Samir müharibənin ilk günlərində kəşfiyyatçı kimi Ağcakənd istiqamətində döyüşlərə başlayır. Oktyabrın 1-dən Fuzulinin, 10-dan isə Cəbrayılın azad edilməsində iştirak edir.

Oktyabrın 17-də Xocavənd və Hadrut istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanır. 10 gündən sonra yenidən döyüşlərə qayıdır. Noyabrın 2-də döyüş yoldaşları ilə birgə Füzuli ve Xocavənd rayonlarındakı strateji yüksəkliklərin azad edilməsi tapşırıqlarını yerinə yetirir.