Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miqelina dos Santos koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında anasının reanimasiyada olduğunu bildirib:
“Anam koronavirusa yoluxub. Onun tezliklə sağalması üçün mübarizə aparırıq. O, reanimasiyadadır və bütün tibbi köməklə təmin edilir”.