Azərbaycanda açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkilinə icazə verilir.

Offsideplus.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında bildirilir.

O da vurğulanır ki, yarış və tədbirlər tamaşaçıların iştirakı olmadan mümkündür.