Bolqarıstan klubunda koronavirus şoku yaşanır.

Offsideplus.az Bolqarıstan Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, son Bolqarıstan çempionu "Ludoqorets"də birdən-birə 12 futbolçu virusa yoluxub. Buna görə də ölkə kubokunun 1/16 final mərhələsinin "Svoqi" ilə oyunu təxirə salınıb. 

Xatırladaq ki, Avroliqanın qrup mərhələsində mübarizə aparan razqradlılar hazırda davam edən Bolqarıstan çempionatında 11 turdan sonra 26 xalla liderdir.